featured-image-55117

İspaniya La Liqasının oyunları ABŞ-da keçirilə bilər. Msport.az xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas məlumat verib:

“Belə bir oyun olacaq, ancaq nə vaxt, hələ bilinmir. Biz İspaniya Futbol Federasiyası ilə razılığa gəlməliyik. Hələ də hüquqi məsələlər buna əngəl olur, onda görə də bu mövsüm orada oyun keçirə bilməyəcəyik. Görək, gələn mövsüm ABŞ-da oyun təşkil edə biləcəyikmi?

Biz elə ideal dövr seçmək istəyirik ki, fasilə olsun və Mayamidə oynayaq. Məhz oraya getməyi planlaşdırırıq”.

Bənzər xəbərlər