La Liqanın prezidenti “Real”ı tənqid etdi
La Liqanın prezidenti Xavyer Tebas İspaniyanın “Real” klubunu tənqid edib.
Msport.az AS nəşrinə istinadən xəbər verir ki, buna Madrid təmsilçisinin “Qızıl Top” üçün təşkil olunmuş mükafatlandırma mərasiminə qatılmaması səbəb olub.
“Mən “Real” azarkeşiyəm. Bu klubun ən mühüm dəyərləri alicənab olmaq və uduzduqda əl sıxmaqdır. Məncə, “Real” bu ruhu çoxdan itirib. Onlar mərasimə getməliydilər və 100 jurnalistin səs verdiyi “France Football”un şəffaf sistemini sorğulamamalı idilər”.
Qeyd edək ki, “Kral Klubu”nun bu qərarı mükafatı “Real” hücumçusu Vinisius Juniorun deyil, “Mançester Siti”nin futbolçusu Rodrinin alacağı ilə bağlı ortaya çıxan məlumatın səbəb olduğu bildirilir.