featured-image-64089

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İspaniya La Liqasında mövsümün superəvəzləyiciləri ilə bağlı araşdırma aparıb.

Msport.az xəbər verir ki, qurum mövsüm ərzində sonradan meydana daxil olaraq daha çox qol vuranların adlarını müəyyənləşdirib.

Rekordçu “Atletiko”nun hücumçusu Aleksander Sorlotdur. Norveçli forvard Madrid klubunun heyətində cari mövsüm əvəzetmədən mübarizəyə qoşulduqdan sonra 9 dəfə fərqlənib.

Sorlot bununla 3 ispaniyalını geridə qoyaraq rekorda yiyələnib. Xuan Antonio Pitsi  (“Barselona”, 1996-97), Alvaro Morata  (“Atletiko”, 2013-14) və Anxel Rodriges  (“Xetafe”, 2019-20) bir mövsümdə hərəyə 8 dəfə bu formada fərqləniblər.

Bənzər xəbərlər