featured-image-65057

İspaniya La Liqasının 36-cı turunda “Real” evdə “Malyorka” ilə qarşılaşıb.

Msport.az xəbər verir ki, “kral klubu”nun 2:1 hesablı qələbə qazandığı oyunda komandanın hücumçusu Kilian Mbappe tarixə düşüb.

Madridlilərin ilk qolunun müəllifi olan fransalı debüt mövsümündə La Liqada ən çox qol vuran futbolçu ünvanını ələ keçirib.

Mbappenin hesabında cari mövsüm 28 top var. O, 1953-54 mövsümündə 27 dəfə fərqlənən əfsanəvi Alfredo Di Stefanonu geridə qoyub. İvan Samarano 1992-93, Kriştianu Ronaldo isə 2009-10 mövsümlərində 26 dəfə fərqləniblər.

Qeyd edək ki, Kilian Mbappe “Real” tarixində debüt mövsümündə 40 qol vuran ilk oyunçu olmağı da bacarıb.

Bənzər xəbərlər