La Liqanın yeni lideri - “Barselona”
“Barselona” İspaniya çempionatının VII turunda evdə “Real Sosyedad”ı 2:1 hesabı ilə məğlub edib.
Msport.az xəbər verir ki, qaliblərin heyətində qolları Jül Kunde (43) və Robert Levandovski (59) vurublar.
“Real Sosyedad”ın heyətində isə Alvaro Odriosola (31) fərqlənib. “Barselona” qələbə sayəsində İspaniya çempionatının turnir cədvəlinə liderlik edir. 19 xala malik Hans-Diter Flikin yetirmələri ikinci yerdəki “Real”ı (18 xal) qabaqlayır. “Real Sosyedad” 5 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Növbəti turda “Barselona” oktyabrın 5-də səfərdə “Sevilya” ilə qarşılaşacaq, “Real Sosyedad” isə həmin gün “Rayo Valyekano”nu qəbul edəcək.