featured-image-65426

“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal tezliklə klubu ilə yeni müqavilə imzalayacaq.

Msport.az xəbər verir ki, sözləşmə 2030-cu ilə qədər nəzərdə tutulub. Vingerin maaşı ilkin olaraq illik 9 milyon avro və bonuslar olacaq. Daga sonra isə illik 18 milyon avroya çatana qədər artırılacaq.

Bu mövsüm Yamal bütün turnirlərdə 54 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Bənzər xəbərlər