featured-image-64111

“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal “İlin sıçrayışı” mükafatına layiq görülüb.

Msport.az xəbər verir ki, 17 yaşlı futbolçu Madriddə təşkil edilən “Laureus World Sports Awards” mükafatlandırma mərasimində bu titula yiyələnib.

Yamal bu mövsüm “Barselona”nın uğurunda əsas rol oynayıb – La Liqada 6 qol vurub, 12 məhsuldar ötürmə verib, Çempionlar Liqasında isə 3 dəfə fərqlənib. O, ötən ilin yayında 16 yaşında Avropa çempionatında iştirak edən ən gənc futbolçu olub.

Qeyd edək ki, “İlin sıçrayışı” mükafatını ötən il “Real”ın yarımmüdafiəçisi Cud Bellinqem qazanmışdı.

Bənzər xəbərlər