Lamin Yamaldan 5 illik müqavilə
“Barselona” bu gün Lamin Yamalla yeni müqavilə imzalayacaq.
Msport.az xəbər verir ki, anlaşma 2031-ci ilə kimi nəzərdə tutulub.
Tərəflər arasındakı danışıqlar yekunlaşıb. Yamalla 2026-cı ilin yayında bitəcək müqavilənin daha 5 il uzadılmasında qərar verilib.
Qeyd edək ki, Yamal başa çatan mövsümdə 55 oyun keçirib, 18 qol vurub. O, “Barselona” ilə İspaniya La Liqası, ölkə kuboku və Superkubokunu qazanıb.