featured-image-69653

“Barselona”nın futbolçusu Lamin Yamalın zədəsinin gözləniləndən daha ciddi olduğu ortaya çıxıb.

Msport.az xəbər verir ki, 18 yaşlı futbolçu La Liqada “Xetafe” (21 sentyabr) və “Ovyedo”ya (23 sentyabr) qarşı matçları buraxa bilər.

Daha əvvəl gənc yarımmüdafiəçinin UEFA Çempionlar Liqasında “Nyukasl”la görüşdə (18 sentyabr) iştirak etməyəcəyi dəqiqləşmişdi.

Qeyd edək ki, Lamin Yamal avqustun 23-də “Levante” ilə oyunda qasıq nahiyəsindən zədələnmişdi.

Bənzər xəbərlər