“Lans”dan “Leypsiq”ə keçdi
“Leypsiq” heyətini yeni futbolçuyla gücləndirib.
Msport.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Lans”dan Lois Opendanı heyətinə qatıb. 23 yaşlı forvardla 2028-ci ilə kimi qüvvədə olan müqavilə razılaşdırılıb. “Leypsiq” Fransa təmsilçisinə bu transferə görə 38 milyon avro ödəyəcək.
Qeyd edək ki, Openda “Lans”a ötən mövsümün əvvəli “Vitess”dən keçmişdi. O, “Lans” formasıyla 42 oyunda iştirak edib, 21 qol və 4 assistlə fərqlənib.
Royal Türksoy







