featured-image-36047

Daha bir məşhur futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Msport.az xəbər verir ki, “Mançester Siti”nin müdafiəçisi Aymerik Laport “Əl Nəssr”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ərəblər ispan müdafiəçi üçün İngiltərə klubuna 30 milyon avro təzminat ödəyib. 29 yaşlı mərkəz müdafiəçisi yeni klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, “Əl Nəssr”də Kriştiano Ronaldo, Marselo Brozoviç, Sadio Mane kimi futbolçular çıxış edir.

Bənzər xəbərlər