featured-image-24404

“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silvanın keçidini əsas transfer məqsədi sayır. Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Joan Laporta bu işi menecer Jorje Mendeşə tapşırıb.

“Barsa”ya yeni futbolçuların transferi ilə bağlı müəyyən məhdudiyyətlər qoyulsa da, portuqaliyalı futbolçunun keçidini həll etmək istəyirlər.

Silvanın özü də La Liqa klubuna getməyin əleyhinə deyil. “Şəhərlilər” isə futbolçuya yaxşı təkil gələrsə, dəyərləndirə biləcəklərini deyiblər.

“Mançester Siti” Bernardu Silvanı 65 milyon avroya satmağa razıdır. “Barselona” üçün əsas problem futbolçunun maaşı ola bilər O, ilinə 7 milyon avrodan çox əməkhaqqı istəyir.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər