featured-image-19948

İtaliya A seriyasının 16-cı turu çərçivəsində keçirilmiş “Leççe” – “Latsio” oyunu (2:1) irqçiliklə bağlı qalmaqalla yadda qalıb.

Msport.az “Mirror”a istinadən xəbər verir ki, final fitindən sonra meydan sahiblərinin müdafiəçisi Samuel Umtiti romalı azarkeşlərin irqçi şüarlarına görə meydanı ağlayaraq tərk edib.

Fransalı futbolçu oyun ərzində qonaq azarkeşlər tərəfindən təhqir olunub. Hətta bununla bağlı görüşdə qısa fasilə də yaranıb və stadionun diktoru fanatlardan xahiş edib ki, Umtitini təhqir etməsinlər.

Matçın sonlarında “Leççe” azarkeşləri müdafiəçiyə dəstək olaraq bir ağızdan “Umtiti”, “Umtiti” şüarları səsləndiriblər.

Bənzər xəbərlər