featured-image-30357

“Yuventus” 10 xaldan məhrum edildikdən sonra “Latsio”nun Çempionlar Liqasına vəsiqə qazanması rəsmiləşib.

Msport.az xəbər verir ki, dünənə qədər Turin klubu 69 xalla 2-ci yeri tuturdu.

Klubun maliyyə fırıldaqlarına görə 10 xalı silindikdən sonra “qoca sinyora” turnir cədvəlində 7-ci yerə düşüb. “Latsio” isə 2-ci pilləyə yüksəlmiş olub.

Çempionatın başa çatmasına 2 tur qalmış paytaxt klubunun aktivində 68 xal var. “Latsio”nu yalnız iki komanda “İnter” (66 xal) və “Milan” (64 xal) keçə bilər. “Atalanta” 5-ci yerdən yuxarı qalxa bilməyəcək.

ANAR 

Bənzər xəbərlər