“Latsio”dan “Liverpul”a
“Latsio”nun futbolçusu Serqey Milinkoviç-Saviç karyerasını Premyer Liqada davam etdirə bilər.
MSport.az xəbər verir ki, “Liverpul” 28 yaşlı futbolçunu transfer etmək istəyir. Mersisaydlılar onun üçün 26 milyon avro ödəməyə hazır olduqlarını qarşı tərəfə bildiriblər.
Qeyd edək ki, Saviç cari mövsümdə ərzində 46 oyuna çıxıb, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.
Royal Türksoy