“Latsio” Sarrini qaytarır
“Latsio” Mauritsio Sarrini yenidən baş məşqçi postuna gətirmək istəyir.
Msport.az xəbər verir ki, İtaliya klubu 65 yaşlı mütəxəssisə hər mövsüm üçün 2,8 milyon avro maaş qarşılığında 2027-ci ilə qədər müqavilə təklif edib.
Roma klubu müqavilə müddəti 2026-cı ilə qədər olan hazırkı baş məşqçi Marko Baroni ilə yaxın günlərdə yolları ayırmaq istəyir.
Qeyd edək ki, Sarri daha əvvəl də “Latsio”nu (2021-2024) çalışdırıb. O, 2024-cü ildə klubdan ayrıldıqdan sonra işsizdir.