featured-image-81736

“İnter”in prezidenti Cüzeppe Marotta “Barselona”nın Lautaro Martinesə maraq göstərməsi məsələsinə toxunub.

Msport.az xəbər verir ki, Milan klubunun rəhbəri İspaniya mətbuatına bu haqda açıqlama verib:

“Lautaro bizim kapitandır. O, “İnter”in müsasir tarixini təmsil edir. Sizi əmin edə bilərəm ki, onun klubu tərk edə biləcəyi heç bir hal mövcud deyil.

Heç bir halda Lautarodan imtina etmək istəmirik. Bu haqda heç danışmağa dəyməz”.

Qeyd edək ki, argentinalı hücumçu 2018-ci ilin yayından “İnter”də çıxış edir. 29 yaşlı futbolçu bu müddət ərzində 377 oyunda 175 qol vurub və 56 məhsuldar ötürmə verib.

Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Bənzər xəbərlər