Lautaro Martines “İnter”də ilki bacardı
Argentinalı futbolçu Lautaro Martines “İnter”in tarixinə düşüb.
Msport.az xəbər verir ki, hücumçu buna Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda nail olub.
Forvard Çexiya təmsilçisi “Slaviya”ya qalib gəldikləri matçda dubl edib. O, Milan təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində yeddi fərqli mövsümdə qol vuran ilk oyunçu olub.
Qeyd edək ki, qarşılaşma “İnter”in 3:0 hesablı qələbəsi ilə bitib.