featured-image-63635

“İnter”in Çempionlar Liqasının 1/4 final mərhələsində səfərdə “Bavariya”nı 2:1 hesabı ilə məğlub etdiyi oyunda hesabı Lautaro Martines açıb.

Msport.az xəbər verir ki, bu, “neradzurra”nın hücumçusunun turnirdə 19-cu qolu olub.

Argentina millisinin üzvü bununla İtaliya klubunun ÇL tarixində ən məhsuldar oyunçusuna çevrilib. O, 18 qola malik Adrianonu geridə qoyub.

Qeyd edək ki, komandalar arasında Milandakı cavab matçı bir həftə sonra keçiriləcək.

Bənzər xəbərlər