featured-image-12908

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın “Nant” komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Yaxşı qələbə oldu. Amma nəzərə almaq lazımdır ki, bu, hələ qrupdakı ikinci oyunumuz idi. Qarşıda qrup mərhələsinin daha 4 matçı var. Bu cür davam etməliyik. “Nant” böyük komandadır. Heyətində güclü futbolçular var. Rəqabətli liqada çıxış edirlər. Amma bu gün biz yaxşı futbol sərgilədik və layiqli qələbə qazandıq”.

Bənzər xəbərlər