Mussolininin nəticəsi müqaviləsini yenilədi
“Latsio” futbolçusu Romano Floriani Mussolini ilə müqavilənin müddətini uzadıb.
Msport.az xəbər verir ki, yeni anlaşma 2031-ci il iyunun 30-dək qüvvədə olacaq.
Floriani müqaviləsinin yenilənməsindən məmnunluğunu ifadə edib. Müdafiəçi 2016-cı ildə “Roma”nın akademiyasından “Latsio”ya keçib. O, cari mövsüm A Seriyasında 9 oyunda meydana çıxıb və 1 qol vurub.
Romano 1922-1943-cü illərdə İtaliyanın baş naziri olmuş, Milli Faşist Partiyasının qurucusu Benito Mussolininin nəticəsidir. O, Benitonun nəvəsi, siyasətçi Alessandra Mussolininin üçüncü övladıdır.







