Lemar “Atletiko”dan ayrıldı
Toma Lemar “Atletiko”dan “Jirona”ya keçib.
Msport.az xəbər verir ki, Kataloniya klubu 29 yaşlı fransız yarımmüdafiəçini 2025-26 mövsümü üçün icarəyə götürüb.
Əvvəlcədən məlum olub ki, “Jirona” Lemarın maaşının yalnız 50%-ni ödəyəcək.
Lemar 2018-ci ildə “Monako”dan “Atletiko”ya transfer olunmuşdu – Madrid klubu onun üçün təxminən 72 milyon avro ödəmişdi. Ötən La Liqa mövsümündə Lemar cəmi 5 oyun keçirib.