featured-image-28215

“Çelsi” Çempionlar Liqasının 1\4 final mərhələsinin cavab görüşündə “Real”a 0:2 hesabı ilə məğlub olub. Msport.az xəbər verir ki, Frenk Lempard London klubunun 118 illik tarixində ilk dörd oyunda uduzan ilk məşqçi olub.

“Zadəganlar” bundan əvvəl “Brayton”a (0:1), “Real”a (0:2) və “Vulverhempton”a (0:1) hesabları ilə uduzmuşdular.

Lempard aprelin 6-da “Çelsi”nin müvəqqəti baş məşqçisi təyin olunub. O, 2019-cu ilin iyulundan 2021-ci ilin yanvarına kimi də London klubuna rəhbərlik edib.

ANAR 

Bənzər xəbərlər