featured-image-27161

Frenk Lempard bu gün “Çelsi”də ilk məşqinə çıxacaq. Msport.az xəbər verir bu barədə ingiltərəli jurnalist Mett Lou məlumat yayıb.

Bir gün əvvəl insayder Fabritsio Romano Lempardın mövsümün sonuna kimi London klubuna rəhbərlik edəcəyini yazmışdı. 44 yaşlı mütəxəssis 2019-2021-ci illərdə “Çelsi”nin baş məşqçisi işləyib. O, futbolçu karyerası ərzində “zadəganlar”ın heyətində 13 mövsüm (2001-2014) keçirib.

Lempardın son iş yeri “Everton” olub. O, 2023-cü ilin yanvarında istefaya göndərilmişdi.

29 oyundan sonra 39 xal toplayan “Çelsi” turnir cədvəlində 11-ci yeri tutur. London təmsilçisi Çempionlar Liqasının 1\4 finalında “Real”la qarşılaşacaq.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər