featured-image-21248

“Everton”un baş məşqçisi Frenk Lempard istefaya göndərilib.

Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Premyer Liqa təmsilçisi 45 yaşlı mütəxəssislə müqaviləyə xitam verib.

Lempard 2022-ci ilin yanvarından “Everton”a rəhbərlik edirdi. O, bu mövsüm komandanı meydana çıxardığı 20 oyunda cəmi 3 qələbə sevinci yaşayıb. Komanda 15 xalla Premyer Liqanın 20 iştirakçısı arasında 19-cudur.

Bənzər xəbərlər