featured-image-28620

“Çelsi” mövsümün sonuna kimi Frenk Lempardı baş məşqçi postundan uzaqlaşdırmayacaq. Msport.az ESPN-ə istinadən xəbər verir ki, Maurisio Poçettino yayda London klubunun sükanı arxasına keçəcək. Odur ki, Lempard çempionatın axırına kimi komandaya rəhbərlik edəcək.

Poçettino onun futbol fəlsəfəsinə uyğun gələn gənc futbolçuları heyətə cəlb etmək niyyətindədir.

Bir neçə gün əvvəl insayder Fabritsio Romano “Çelsi” ilə argentinalı mütəxəssis arasında danışıqların son mərhələyə qədəm qoyduğunu yazmışdı.

Xatırladaq ki, Lempard Qrem Potterdən sonra “zadəganlar”ın müvəqqəti baş məşqçisi təyin olunub. Onun gəlişindən sonra “Çelsi” 4 oyunun hamısında uduzub.

ANAR 

 

Bənzər xəbərlər