Lempard, yoxsa Luis Enrike? – “Çelsi”nin yeni baş məşqçisi kim olacaq?
Frenk Lempard yaxın vaxtlarda “Çelsi”yə qayıda bilər.
Msport.az “The Guardian”a istinadən xəbər verir ki, London klubu 44 yaşlı mütəxəssisi mövsümün sonuna kimi baş məşqçi postuna gətirmək istəyir. Tərəflər artıq danışıqlara başlayıblar.
Əgər danışıqlar uğurlu keçərsə, Lempard aprelin 8-də komandanı “Vulverhempton”la oyuna çıxara bilər.
“Çelsi” müvəqqəti olaraq baş məşqçi təyin etdiyi Bruno Saltordan daha təcrübəli mütəxəssis axtarır.
Londonluların uzun müddət əməkdaşlıq etmək istədikləri məşqçilər isə Luis Enrike və Yulian Naqelsmanndır.
ANAR







