featured-image-27192

“Çelsi” yeni baş məşqçisini açıqlayıb.

Msport.az xəbər verir ki, “zadəganlar” Frenk Lempardı mövsümün sonuna qədər baş məşqçi vəzifəsinə təyin edib. Lempard aprelin 8-də Premyer Liqanın 30-cu turu çərçivəsində keçiriləcək “Vulverhempton”la matçda komandanın “sükanı” arxasında olacaq.

44 yaşlı mütəxəssisin köməkçiləri Eşli Koul, Co Edvards və Kris Cons olacaq. Hər üç çalışdırıcı daha öncə Lempardın “Çelsi” (2019-2021) və “Everton”daki məşqçilər heyətində də yer almışdılar.

Qeyd edək ki, “Çelsi” PL-da 39 xalla 11-ci pillədə qərarlaşıb.

Royal Türksoy

Bənzər xəbərlər