featured-image-27566

Din Smit “Lester”in yeni baş məşqçisi olub. Msport.az xəbər verir ki, 52 yaşlı mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Smitin son iş yeri “Norviç” klubu (2021-2022) olub. O, “Aston Villa” (2018-2021) və digər komandalara da rəhbərlik edib.

Smitin məşqçilər korpusuna 2017-ci ildə “Lester”i çalışdırmış və bu komandada köməkçi işləmiş Kreyq Şekspir və Con Terri daxil olublar.

“Lester” Brendan Rocersi aprelin 2-də istefaya göndərib. Komanda 30 turdan sonra 25 xalla İngiltərə Premyer Liqasında 19-cu yeri tutur.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər