featured-image-27171

“Lester” klubu “Valensiya”nın gürcü qapıçısı Qiorqi Mamaradaşvilini transfer etmək istəyir. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano tviterdə paylaşım edib.

Mənbənin sözlərinə görə, qolkiperin meneceri Levan Seturidze futbolçunun  “Lester”ə transferini müzakirə etmək üçün “Çelsi” ilə oyunda olub.

“Lester” Mamaradaşvilinin transferində əsas favorit klub sayılır.

22 yaşlı qapıçı 2021-ci ildən “Valensiya”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 31 oyunda forma geyinib. Tranfermarkt saytı onun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

ANAR 

Bənzər xəbərlər