featured-image-40469

“Barselona”nın futbolçusu Robert Levandovski klubdan ayrılmaq fikrində deyil.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Şey Laqassi sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, 35 yaşlı hücumçu növbəti mövsümdə də Kataloniya təmsilçisində olmaq istəyir. Rəhbərlik də polşalı forvard üçün təklifləri nəzərdən keçirmək niyyətində deyil.

Qeyd edək ki, təcrübəli oyunçu cari mövsüm bütün turnirlərdə 17 matçda meydana çıxıb 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər