Levandovski “Barselona”dan erkən ayrılır?
“Barselona”nın futbolçusu Robert Levandovski müqaviləsi bitməmiş klubdan ayrıla bilər.
Msport.az “Sport.es” nəşrinə istinadən xəbər verir ki, polşalı hücumçunu müqaviləsini vaxtından əvvəl ləğv etmək iqtidarındadır.
Belə ki, sözləşmədəki bəndə əsasən, Levandovski 2024/2025 mövsümündən sonra matçların 55 faizindən azında iştirak edərsə, sözləşməni axtından əvvəl bitirə bilər.
Qeyd edək ki, təcrübəli forvard cari mövsüm bütün turnirlərdə 17 oyunda iştirak edib, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







