featured-image-49350

Polşa millisinin futbolçusu Robert Levandovski Almaniyada keçiriləcək Avropa çempionatında komandasının ilk oyununu buraxacaq.

Msport.az xəbər verir ki, bu barədə yığmanın həkimi Yatsek Yaroşevski məlumat verib.

O, təcrübəli hücumçunun iyunun 10-da Türkiyə ilə yoldaşlıq matçında (2:1) zədələndiyi üçün iyunun 16-da Niderlandla qarşılaşmada meydana çıxmayacağını söyləyib.

Həkim forvardın bud əzələsində problem aşkarlandığını diqqətə çatdırıb və növbəti iki görüşdə meydana çıxması üçün əllərindən gələni edəcəklərini söyləyib.

Qeyd edək ki, Polşa millisi iyunun 21-də Avstriya, 25-də isə Fransa ilə üz-üzə gələcək.

Bənzər xəbərlər