Levandovski Messini geridə qoydu
İspaniyanın “Barselona” klubunun futbolçusu Robert Levandovski Lionel Messinin Kataloniya təmsilçisindəki rekordunu qırıb.
Msport.az xəbər verir ki, polşalı hücumçu buna İtaliyada “Napoli” ilə heç-heçə (1:1) etdikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında fərqlənməklə nail olub.
Forvard komanda tarixində qitənin bir klub turnirində pley-offda fərqlənən ən yaşlı oyunçudur. O, buna 35 yaş 184-cü günündə nail olub.
Qeyd edək ki, Messi 33 yaş 259 günündə fərqlənmişdi.







