featured-image-63675

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Msport.az xəbər verir ki, 1/4 final mərhələsinin ilk oyunlarının ardından UEFA iddiaçıları müəyyənləşdirib.

Bu ada Deklan Rays (“Arsenal”), Alessandro Bastoni (“İnter”), Xviça Kvaratsxeliya (PSJ) və Robert Levandovski (“Barselona”) iddia edirlər. Rays və Levandovski son oyunda dubl edib, Kvaratsxeliya 1 qol vurub, Bastoni isə müdafiədə etibarlı çıxışla yadda qalıb.

Həftənin ən yaxşı futbolçusu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Bənzər xəbərlər