featured-image-23996

İspaniyanın “Barselona” klubunun hücumçusu Robert Levandovski zədələnib.

Msport.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

35 yaşlı hücumçunun əzələsində problem aşkarlanıb. Polşalı forvard martın 2-də səfərdə “Real”a qarşı keçirəcəkləri İspaniya Kubokunun ilk yarımfinal oyununu buraxacaq.

Levandovskinin martın 19-da La Liqanın 26-cı turunda məhz “kral klubu” ilə görüşdə sıraya dönəcəyi gözlənilir.

Bənzər xəbərlər