featured-image-57581

“Barselona”nın və Polşa millisinin hücumçusu Robert Levandovskinin karyerasını bitirəcəyi vaxt bəlli olub.

Msport.az xəbər verir ki, 36 yaşlı futbolçu özü bu barədə məlumat verib.

Levandovski daha 2-3 il futbol oynamaq fikrində olduğunu bildirib: “Yaşımı nəzərə alsaq, 2-3 ilə karyeramı bitirəcəyəm. Bir gün məşqə getmək istəmədiyimi hiss edəndə bu, karyeramı bitirmək üçün ilk siqnal olacaq. Hələlik səhərlər ağrı hiss etmədən oyanıram. Hələ də məşqləri və klubda olmağı sevirəm”.

Qeyd edək ki, Levandovskinin “Barselona” ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

Bənzər xəbərlər