featured-image-69756

“Bavariya”nın hücumçusu Harri Keyn karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Barselona” ingiltərəli forvardı transfer etmək istəyir.

İspaniya çempionu Keyni gələn il klubla müqaviləsi başa çatan Robert Levandovskiyə ideal  əvəzləyici kimi düşünür. “Barselona” 32 yaşlı futbolçu üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, “Bavariya” Harri Keyni 2023-cü ilin yayında “Tottenhem”dən transfer edib. İngiltərə millisinin üzvü Münhen təmsilçisinin heyətində meydana çıxdığı 102 rəsmi matçda 95 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər