Levandovskiyə sərfəli təklif
“Barselona”nın hücumçusu Robert Levandovskiyə Səudiyyə Ərəbistanı klublarından maraq davam edir.
Msport.az xəbər verir ki, polşalı forvard bu yay da transfer gündəminə düşüb.
37 yaşlı futbolçu Səudiyyə Ərəbistanının iki klubundan yüksək maliyyə təklifi alıb. Hər iki halda ona hazırkı maaşının ikiqatı vəd olunub. Buna baxmayaraq, Levandovskinin cari transfer pəncərəsində “Barselona”nı tərk etməsi gözlənilmir. Onun kataloniyalılarla müqaviləsinin müddəti gələn ilin ortalarında başa çatacaq. Sözləşmədə avtomatik daha bir mövsüm uzadılma şərti də mövcuddur.
Həmçinin bu mövsüm Levandovskinin “Barsa”da sonuncu ili ola bilər.