featured-image-17113

İspaniyanın “Barselona” klubunun iki futbolçusu sərt cəzaya məruz qalıb.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Robert Levandovski İspaniya La Liqasında qarşıdakı üç oyunda komandasına kömək edə bilməyəcək.

Buna 34 yaşlı hücumçunun La Liqanın 14-cü turu çərçivəsində baş tutan “Osasuna” ilə oyunda ikinci sarı vərəqəni alaraq meydandan qovulandan sonra hakimə barmağı ilə jest etməsi səbəb olub.

Kataloniya təmsilçisinin karyerasını başa vuran müdafiəçisi Jerar Pike isə 4 matçlıq cəzaya məruz qalıb. O da ehtiyat oyunçular skamyasında hakimi söydüyü üçün cəzalanıb.

Xatırladaq ki, “Barselona” bu oyunda rəqibini 2:1 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər