featured-image-63560

“Leypsiq” bu gün “Lövyen”dən yarımmüdafiəçi Ezekiel Banzuzi transferini tamamlayacaq.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, Almaniya klubu 20 yaşlı niderlandlı üçün qarşı tərəfə 16 milyon avro ödəyəcək.

Gənc futbolçu bu mövsüm Belçika klubunda 31 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun “Lövyen”lə 2026-cı ilin yayına qədər müqaviləsi var.

Bənzər xəbərlər