featured-image-27130

Almaniya kubokunda 1/4 finala yekun vurulub. Msport.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.

“Nürnberq” evdə “Ştutqart”la üz-üzə gəlib. Bundesliqanın aşkar autsayderi aşağı liqa təmsilçisini tək qolla mübarizədən kənarlaşdırıb.

Günün digər matçında isə “Leypsiq” Dortmund “Borussiya”sını 2 cavabsız qolla məğlub edib.

Almaniya kuboku
1/4 final
4 aprel

Ayntraxt – Union Berlin 2:0
Qol: Kolo Muani, 11; 13.

Bayern – Frayburq 1:2
Qol: Upamekano, 19 – Hofler, 27. Holer, 90+5-pen.

5 aprel

Nürnberq – Ştutqart 0:1
Qol: Millot, 83.

Leypsiq – Borussiya (Dortmund) 2:0
Qol: Verner, 22. Kampl, 90+8.

Bənzər xəbərlər