featured-image-56694

Cənubi Amerikanın futbol klubarının mübarizə apardığı Libertadores Kubokunda digər finalçı da müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, ikinci yarımfinal oyununda Uruqvayın “Penyarol” və Braziliyanın “Botafoqo” komandaları üz-üz gəlib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Lakin ilk matçda 5:0 hesabı ilə qalib gələn Braziliya klubu iki görüşün nəticəsinə (6:3) əsasən, adını finala yazdırıb

“Botafoqo”nun həlledici oyundakı rəqibi isə Braziliyanın digər təmsilçisi “Atletiko Mineyro” olacaq. Qarşılaşma dekabrın 1-də keçiriləcək.

Bənzər xəbərlər