featured-image-15952

Braziliyanın “Flamenqo” futbol klubu “Libertadores” kubokunun qalibi olub.

Msport.az xəbər verir ki, Ekvadorun Quayakil şəhərində baş tutan finalda komanda Braziliyanın “Atletiko Paranaense” klubuna 1:0 hesabı ilə qalib gəlib.

Bununla da “Flamenqo” tarixində üçüncü dəfə “Libertadores” kubokunu qazanıb. Bundan əvvəl Rio-de-Janeyro komandası 1981 və 2019-cu illərdə bu kuboka sahib olmuşdu.

“Atletiko Paranaense” heç vaxt turnirin qalibi olmayıb. Sözügedən komanda 2005-ci ildə də “Libertadores” kubokunun finalına vəsiqə qazanmış, lakin Braziliyanın digər klubu “San Paulo”ya məğlub olmuşdu – 0:4.

Bənzər xəbərlər