featured-image-39334

Libertadores Kubokunun qalibi müəyyənləşib.

Msport.az xəbər verir ki, finalda “Boka Xuniors” və “Fluminense” komandaları qarşılaşıblar.

Rəqibini 2:1 hesabı ilə məğlub edən Braziliya təmsilçisi tarixində ilk dəfə turnirin qalibi olub.

Əsas vaxtda argentinalılar Alman Kanonun qoluna Luis Advinkulanın dəqiq zərbəsi ilə cavab veriblər. Əlavə vaxtda Con Kennedi 99-cu dəqiqədə fərqlənərək komandasına tarixi qələbə qazandırıb.

Hər iki komanda matçı bir nəfər azlıqda tamamlayıb. Con Kennedi və Frank Fabra qırmızı vərəqə ilə meydandan qovulublar.

Bənzər xəbərlər