featured-image-22790

Milli komandamızın sabiq üzvü Vladislav Lıçkin Moskvada keçirilən Əfsanələr Kuboku turnirinin finalında fərqlənsə də, bu komandasının qələbəsinə kifayət etməyib. Msport.az xəbər verir ki, Lıçkinin heyətində yer aldığı “MDB Əfsanələri” komandası Rusiya yığmasına 4: 6 hesabı ilə uduzub.

Komandaların heyətində karyeralarını başa vuran məşhur futbolçular meydana çıxıb. Rusiya millisi 14-cü dəfə yarışın qalibi olub.

Rusiya millisinin heyətində əslən azərbaycanlı futbolçu Aleksandr Səmədov dubl edib. O, həm də turnirin ən yaxşı futbolçusu seçilib.

Xatırladaq ki, Lıçkin 1995-2001-ci illərdə Azərbaycan seçməsində 45 oyun keçirib 4 qol vurub. O, “Neftçi”, “Kəpəz”, “Xəzər Lənkəran”, “İnter”, “Simurq” kimi klubların da şərəfini qoruyub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər