featured-image-23925

Almaniya Bundesliqasında 22-ci tura yekun vurulub.

Msport.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Frayburq” – “Bayer” matçında qalib müəyyənləşməyib. “Bayern” isə turun mərkəzi oyununda eyni xala malik olduğu “Union Berlin”ə 3 cavabsız qolla qalib gəlib.

Hazırda 46 xala malik “Bayern” və Dortmund “Borussiya”sı turnir cədvəlinə şərikli liderlik edirlər. “Union Berlin” isə 43 xalla üçüncüdür. “Leypsiq”in 42, “Frayburq”un 41 xalı var.

Almaniya Bundesliqası
22–ci tur

24 fevral

Maynts – Borussiya (Mönhenqladbax) 4:0
Qol: Li, 25. İnqvartsen, 49. Ayorke, 72. Nelson, 90+4.

25 fevral

Köln – Volfsburq 0:2
Qol: Gerhardt, 4.

Herta – Auqsburq 2:0
Qol: Rixter, 61. Lukebakio, 70.

Hoffenhaym – Borussiya (Dortmund) 0:1
Qol: Brandt, 43.

Leypsiq – Ayntraxt 2:1
Qol: Verner, 6. Forsberq, 40 – Sou, 61.

Verder – Bohum 3:0
Qol: Fullkruq, 29. Şmidt, 43. Dukş, 59.

Şalke – Ştutqart 2:1
Qol: Dreksler, 10. Bulter, 40 – Sosa, 63.

26 fevral

Frayburq – Bayer 1:1
Qol: Qrifo, 29 – S.Azmun, 67.

Bayern – Union Berlin 3:0
Qol: Şupo-Motinq, 31. Koman, 40. Musiala, 45+1.

Bənzər xəbərlər