“Lill”in hücumçusu “Yuventus”a keçə bilər
“Lill”in hücumçusu Timoti Vea “Yuventus”a keçə bilər.
Msport.az “Calciomercato”ya istinadən xəbər verir ki, Turin klubu futbolçunu hələ PSJ-nin gənclər komandasında çıxış edən vaxtdan izləyir.
Artıq ABŞ millisinin üzvünün nümayəndələri ilə ilkin danışıqlar olub.
Hücumçunun “Lill”lə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. Futbolçu özünü başqa çempionatda sınamaq arzusundadır.
ANAR ABDULLAYEV







