featured-image-29121

 

Nüfuzlu “Forbes” jurnalı 2023-cü ilin birinci yarısında ən çox pul qazanan idmançıların siyahısını açıqlayıb.

Msport.az xəbər verir ki, siyahıda ilk üç yeri futbolçular tutublar.

Birinci sırada 136 milyon dollar gəlir ilə Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Kriştianu Ronaldo qərarlaşıb. İkinci pilləni Fransa PSJ-sinin argentinalı forvardı Lionel Messi tutub. Onun bu müddət ərzində gəlirləri 130 milyon dollar təşkil edib. Üçüncü yer isə Messinin komanda yoldaşı Kilian Mbappeyə məxsusdur. Onun gəlirləri 120 milyon dollardır.

Dördüncü yerdə amerikalı basketbolçu Lebron Ceyms qərarlaşıb – 119,5 milyon dollar. İlk “beşliy”i 110 milyon dollarla meksikalı boksçu Saul Alvares tamamlayır.

Növbəti sıralama isə bu cürdür:

6. Dastin Conson (qolf) – 107 milyon dollar
7. Fil Mikelson (qolf) – 106 milyon dollar
8. Stefen Körri (basketbol) – 100.4 milyon dollar
9. Roje Federer (tennis): 95.1 milyon dollar
10. Kevin Dürant (basketbol) – 89.1 milyon dollar

Bənzər xəbərlər