Lindelöfun yeni klubu açıqlandı - RƏSMİ
“Mançester Yunayted”in futbolçusu Viktor Lindelöf “Aston Villa”ya keçib.
Msport.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı mərkəz müdafiəçisi ilə bağlanan müqavilə ilə bağlı hələlik məlumat verilməyib.
Qeyd edək ki, İsveç millisinin üzvü 2017-ci ildən Mançester klubunda çıxış edirdi.